Józef PŁOSZKO(1867-1931)
Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İOSİF PLOŞKO (JÖZEF PLOSZKO, 1867-1931) 1895-ci ildə İnstitutu bitirdikdən sonra iki il Kiyevdə işləyir. 1897-ci ildə o, İosif Qoslavskinin dəvəti ilə Bakıya köçür və şəhər idarəsinin tikinti şöbəsinə sahə memarı vazifəsinə işə düzəlir. Hələ Peterburqda olarkən o, əvvəlcə İmperator Bədaye Akademiyasında oxumuşdu, bir ildən sonra isə Akademiyanın proqramı onu təmin etmədiyi üçün oranı tərk etmiş və mülki mühəndislər institutuna daxil olmuşdu. Görünür, müstəqillik mövqeyi Ploşkoda erkən meydana gəlmişdi və buna görə də o, institutdan tanıdığı İ.Qoslavski və K.Skureviçin yaşadığı Bakıya gəldi.
Ploşko Bakıya gələndə burada artıq özlərini əla tikililəri ilə fərqlənmiş İ.Qoslavski, Y.Skibinski, K.Skureviç, Qafar İsmayılov, İ.Edel, A.Eyxler, N.fon der Nonne və başqaları kimi memarlar fəaliyyət göstərirdi. Читать далее