(1866-1950)
KAZİMİR SKUREVİÇ (KAZIMIERZ SKÓREWICZ, 1866-1950) 1894-cü ildə İ.Qoslavski kimi Peterburq mülki mühəndislər institutunu bitirmişdi. Bakıya O, 1895-ci ildə Qoslavskinin dəvəti ilə gəlmişdir. Əvvəlcə Skureviç şəhər idarəsində sahə memarı vəzifəsində çalışırdı. Sonra isə O, Baş şəhər memarı vəzifəsinə tutacaq. Çalışqan və işgüzar Skureviç, özəl təcrübəyə kifayət vaxt sərf edərək, həm yaşayış evləri həm də ictimai binalar layihələşdirirdi. Həmkarları kimi, Skureviç həcmli modelləşdirmə, cizqi detalların aydın çəkilməsi və daşların ustalıqla işlənməsində ifadə olunan yerli memarlığın ənənələri ilə maraqlanırdı. Yerli memarlığın mahiyyətini anlamaq çalışan memar, müasir tikintidə istifadə oluna biləcək hər bir xüsusiyyəti qavrayırdı. Ənənələr əsasında milli və iqlim xüsusiyyətlərinə cavab verən şəhər tikililərinin üslub ümumiliyini yaratmaq üçün bütün ilkin şərtlər var idi. O qüssələnirdi ki, sifarişçilər müxtəlif Continue reading »