- Əcəmi Əbubəkr oğlu Naxçıvani (12-ci əsrin 20-ci illəri – 12-ci əsrin sonu) – memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin adı Azərbaycan ictimai fıkrində intibah, humanizm ideyalarının yayıldığı 12-ci əsrin görkəmli simaları arasında şərəfli yer tutur. Eyni zamanda, dövrünün memarları içərisində Əcəmi daha çox yaratdıqlarının elmə bəlli olması ilə seçilir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) fəxri adı vermişdilər. Continue reading »
Əcəmi Naxçıvani
07 Tuesday Feb 2012
Posted Memarlar(architects)
in