1873-cü ildə Şamaxı şəhərində dünyaya göz açan Zivər bəy ilk təhsilini də orda almışdır. Atası Şamaxı quberniyasında xırda məmur olaraq çalışırdı. Anasının yerli bəylərdən birinin qızı olduğu haqda məlumatlar verilir. Uşaqlıqdan musiqiyə xüsusən də rəsmə böyük maraq göstərən Zivər bəyi atası əvvəlcə yerli molla məktəbinə versə də 1 il sonra onu ordan çıxararaq bir müddət Bakıda fəaliyyət göstərən elitar gimnaziyaya yola salır.
Gimnaziyada dövrünün böyük alimlərini mütaliə edən Zivər bəy çox keçmir ki, ən parlaq tələbəyə çevrilir. 1893-cü ildə o “əlaçı tələbə” statusu ilə Peterburq İnşaat Universitetinə göndərilir. Universitet o zamankı şəhər intelligensiyasının uşaqlarının oxuduğu bir mərkəz idi. əvvəlcə fransız sonra da alman dillərini mükəmməl öyrənən Zivər bəy maarifçi tələbə kimi ad qazanır.