Yaradıcılığı Bakı şəhəri ilə bağlı olan polyak memarları arasında YEVGENI SKİBİNSKİNI (EUGENIUSZ SKIBINSKI, 1858-?) göstərmək olar. O, Şamaxıda anadan olmuşdur və güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən, Bakı Şamaxı qubemiyasının mərkəzi olduqdan sonra onun valideynləri şəhəri tərk etmiş və Bakıya köçmüşlər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İ.Qoslavski, Y.Skibinski, K.Skureviç, İ.PIoşko, İ.Edel, A.Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.
Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi. Amma Qoslavski Tağıyev sarayının əsas zallarından birini işləyərkən Kordov xəlifətinin və Məqribin «alışıb yanan» memarlığına meyl göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyl göstərdi. Continue reading