Ağ  Şəhər(Baku White City)                                                   Baş Plan(General Plan)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»nın təsdiq olunması haqqında fərman çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması üzrə müəyyən addımlar həyata keçirilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 11 iyun 2007-ci il tarixli sərəncamı ilə, hazırda ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən Nobel prospektini daxil edən  Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir.

Bakı Ağ Şəhər   layihəsinin baş məsləhətçisi rolunda dünya miqyaslı mühəndis və memarlıq layihələndirmə şirkəti olan «ATKİNS» (Böyük Britaniya) çıxış etmişdir.  Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur «Fosters + Partners» memarlıq şirkəti və kommersiya məkanlarının təşkil edilməsində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış «F+A Architects» memarlıq bürosu cəlb edilmişdir.

Layihənin konsepsiyasının formalaşdırılması zamanı mühüm istiqamətlər memarlıq rəngarəngliyi, ekoloji uyğunlaşma və yeni sahənin artıq mövcud olan şəhər kontekstinə düşünülmüş inteqrasiyası oldu. Nəticədə, yeni şəhərin layihəsi təqdim edildi ki, burada da, cəlbedici memarlıq nümunələrindən və sərmayə perspektivlərindən başqa, torpağın dirçəlişi, inşaatın stimullaşdırılması, cəlbedici mühitin və  bu yerdə yaşamaq və işləmək həvəsi oyadan infrastrukturun bünövrəsi qoyulmuşdur.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər   layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələr səviyyəsinə cixarir.

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və  yerini Bakı Ağ Şəhər   adlı harmoniya və rahatlığ məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda aparıcı mövqe tutan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab

İlham Əliyevin   28 sentyabr 2006-ci il tarixli sərancamı ilə təsdiq olunmuş

«Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair  2006-2010-cu illər üçün  Kompleks Tədbirlər planı» çərçivəsində

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığına əsasən ADEC Azərbaycan İnkişaf Şirkətinə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 262 saylı, 11.06.2007-ci il tarixli Sərəncamı.

Bakı Şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 18/04-122, 20.05.2010-cu il

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 04/04-506, 21.06.2010-cu il

    Butövlük                     

Bakı Ağ Şəhər-in inkişafının əsas prinsipi — onun, layihənin ictimai, iqtisadi və ekoloji konsolidasiyası baxımından, bütövlüyüdür. Layihə ictimai baxımdan differensiallaşdırılmışdır, ölkənin iqtisadi inkişafına təsir göstərir və, eyni zamanda, bu layihə çərçivəsində infrastrukturun, energetikanın və digər ehtiyatların səmərəli istifadə edilməsi hesabına, ekoloji normalara riayət olunur.

Bakı Ağ Şəhər  layihəsi  ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir. Onun inkişafı aşağıdakı bütövlük prinsiplərinə əsaslanır:

Çirklənmiş torpağın bərpa olunması və hazırda işlərin aparıldığı yerdə mövcud olan ekoloji çirkləndirmə amillərinin aradan götürülməsi.

İşlərin şəhər mərkəzinin bilavasitə yaxınlığında yerləşən əsas sahəsində cəmləşməsi,  artıq mövcud olan infrastrukturdan istifadə etmək imkanı verəcək və şəhərin hüdudlarından kənarda ekoloji baxımından həssas torpaq sahələrindən istifadə edilməsi zərurətini minimuma endirəcəkdir.

Şəxsi nəqliyyatdan asıllılığın azaldılması üçün ictimai nəqliyyatın, metro stansiyasının tikintisi, habelə, su nəqliyyatından istifadə edilməsi də daxil olmaqla, alternativ variantları tətbiq edilir.

Piyadalar və velosiped sürənlər üçün əlverişli şəraitin yaradılması məqsədi ilə, şəhər və ictimai infrastrukturun inkişaf etdirilməsi.

Yeni iş yerlərinin, istirahət və əyləncə zonalarının yaradılması üçün mövcud olan torpaq landşaftından səmərəli istifadə edilməsi, habelə kommunal təsərrüfat müəssisələrinin yaşayış məhəllələrinin ərazisində və bir-birinin bilavasitə yaxınlığında yerləşdirilməsi uzaq məsafəyə yerdəyişmələri zərurətini əhəmiyyətli dərəcədə azaldacaqdır.

İqtisadi inkişafın özü ilə Bakı və Azərbaycanın iqtisadiyyatının artımını və diversifikasiyasını gətirən yeni üfüqlər.

Mövcud olan yaşıllıqların və parkların bərpa olunması və yenilərinin yaradılması.

Küçələrin və prospektlərin yaşıllaşdırılması yolu ilə, avtomobil nəqliyyatı tərəfindən çirklənmənin neqativ nəticələrinin minimuma endirilməsi.

Öz ölçülərinə, məqsədli bazarına və dəyərinə görə bir-birindən fərqlənən müxtəlif növ yaşayış vahidlərinin kombinasiyası yaşayış evlərinin ictimai- qarışıq qruplarını yaratmağa kömək edir.

Faktlar və rəqəmlər

Ən iri layihələrdən biri

Bakı Ağ Şəhər dünyada, ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən biri olacaqdır

221 hektar ərazi

Bakı Ağ Şəhər, öz ölçülərinə görə Monakodan böyük və İçəri Şəhərin ərazisindən 11 dəfə artıq olan, 221 hektarlıq ərazini tutacaq, bu məkanı Qafqaz regionunda ən iri rayona çevirəcəkdir

50 000 sakin

Layihə başa çatdıqdan sonra, Bakı Ağ Şəhər-in sakinlərinin sayını Andorra Knyazlığının əhalisi ilə müqayisə etmək mümkün olacaqdır

39 hektarlıq landşaft

Londonun ən iri parklarından biri olan — Hayd Parkın 1/3 ərazisini təşkil edir.

10 kvartal

Bakı Ağ Şəhər ərazisi burada qonşuluq prinsipi ilə yerləşən 10 kvartalı cəmləşdirir. Kvartallardan  hər birinin səmərəli inşa edilməsi bütün baş planın həyata keçirilməsi üçün əhəmiyyət kəsb edir

Tikintinin ümumi sahəsi 4,5 mln. kv.m təşkil edəcəkdir

20 000 yaşayış və kommersiya vahidi

48 000 iş yeri

Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər  48 000 sakini iş yeri ilə təmin edəcəkdir

40 000 avtodayanacaq yeri

Bakı Ağ Şəhər     dünyada əhalinin adambaşına düşən ən iri avtodayanacaq yerlərinə malik olacaqdır

Bulvar xəttinin uzunluğu

Bakı Ağ Şəhər  mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcəkdir

65-metrlik Seyretmə Çarx

Sahil boyunun yaraşığı, hazırda Bulvarda mövcud olan Çarxdan iki dəfə böyük olan və öz ölçülərinə görə Parisdəki məşhur Seyretmə Çarxını (“Grande Roue de Paris”) üstələyən, 65 metrlik Seyretmə Çarxı olacaqdır.

4 hektarlıq yeni Fəvvarələr Meydanı

Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanı öz ölçülərinə görə mövcud olan Fəvvarələr Meydanından                     (2 hektar) böyük olacaqdır

Hər kvartalın öz incisi

Bakı Ağ Şəhər-in görməli yerlərinin hər biri sırf özünəməxsus  olacaq və insanlara istiqamət göstərmək imkanı verəcəkdir ki, adi mühitdə bunu həyata keçirmək kifayət qədər çətindir. Bunlar, əksər hallarda, görünüş dəhlizinin sonunda yerləşmiş seçilən hündür binalar , körpülər və giriş səciyyəli kompozisiyalar olacaqdır.

Ən iri Ticarət Mərkəzi

Bakı Ağ Şəhər-in ərazisində paytaxtın ən iri ticarət mərkəzi –Baku City Mall yerləşəcəkdir

Open Mall

Bakı Ağ Şəhər -in Fəvvarələr Meydanını, Baku City Mall-u Nobel prospektindəki körpü ilə birləşdirən müasir Open Mall bəzəyəcəkdir

Yeni metro stansiyası

Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq — Xətai xəttinin davamı olacaqdır

Tikililərin sıxlığı = 1,9

Bakı Ağ Şəhər -də tikililərin sıxlığ faizi 1.9 təşkil edəcəkdir.

Şəhərin Mərkəzinə yaxınlıq

Bakı Ağ Şəhər  Bakının incisi olan  — Qız Qalasından cəmi 4 km aralıda yerləşir

      Yaşıl AdaYaşıl Ada(Green Hill)

Təfsilatlı Baş Plan — ATKİNS

Metronun  çıxışı və yeni Fəvvarələr Meydanının qərbində, fransız üslublu, orta hündürlüyü olan  evlərlə əhatə olunmuş 45 villalı rayon yerləşəcəkdir. Rayonun lap mərkəzində yerləşən Aypara Residence adlanan yaraşıqlı bina ətrafda təkrarolunmaz bir atmosferin yaradılmasına xidmət edəcək və, eyni zamanda, şəhərin müasir memarlığına qiymətli tövhə olacaqdır.

Proqram

Ərazi — 22,5 hektar, 335 720 кv.m.-lik ümumi tikinti sahəsi və 2 000 dayanacaq yeri ilə

Yaşayış sahəsi — 312 200 kv.m

Ticarət sahəsi — 23 520 kv.m

Landşaft — yaşıllaşdırılmış küçələr və bağları olan villalar

Üstünlüklər

Şəhərin mərkəzində yerləşən villaları, məhdud saylı orta hündürlüyü olan   binaları daxil edən və kiçik tikinti sıxlığına malik olan xüsusi mühafizə olunan məkan.

Görməli yerlər

Yüksəklikdə yerləşən və Bakı buxtasına mənzərəsi olan Aypara Residence binası

Babək Prospekti RayonuBabək rayonu(Image Babek Strip District Baku)

Təfsilatlı Baş Plan — ATKİNS

Təklif olunan konsepsiya, Babək  prospekti boyunca yerləşən, mebel, avtomobil, inşaat materialları və avadanlığının satışına yönəldilmiş və ticarət məkanı kimi tanınmış sahənin artıq formalaşmış istifadə səciyyəsini qoruyub saxlayır. Müvafiq olaraq, təklif edilən yaşayış və kommersiya binaları 12-14 mərtəbə hündürlüyündə olmalı, özülünə yaxın yerdə isə böyük podiuma malik olmalıdırlar.

Proqram

Ərazi — 23,8 hektar, 333 780 кv.m.-lik ümumi tikinti sahəsi və 2 700 dayanacaq yeri ilə.

Yaşayış sahəsi — 251 640 kv.m

Ofis sahəsi  — 33 140 kv.m

Ticarət sahəsi -49 000 kv.m

Landşaft — ağac əkilmiş küçələr və bağça

Üstünlüklər

Yaxşı planlaşdırılmış geniş küçələri və dayanacaq yerləri olan, yaşayış və kommersiya məqsədləri üçün ideal bir məkan. Babək prospektinə birbaşa çıxış onu ticarət üçün əlverışlı  rayona çevirir.

Görməli yerlər

Bağça, məktəb, Babək prospektinin girişində gözəgəlimli ofis binası.

Park RayonuPark rayonu(Park District)

Təfsilatlı Baş Plan — ATKİNS

Bakı Ağ Şəhər-in şərqdən qərbə qədər yüksəklikdə yerləşən və Bulvar prospektini əhatəyə alan 16 mərtəbəli hündür binalar sırası kimi layihələndirilmiş rayon, Bakının ən iri parklarından biri ilə qonşuluqda yerləşəcəkdir.

Hündür binaların yerləşdiyi məkan  yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına cəlbedici mənzərəni təmin edir. Elə buradaca Paris üslublu orta hündürlüyü olan binaların tikintisi  planlaşdırılmışdır.

Proqram

Ərazi — 24,0 hektar, 677 860 кv.m.-lik ümumi tikinti sahəsi və 4 600 dayanacaq yeri ilə.

Yaşayış sahəsi — 606 920 kv.m

Ticarət sahəsi — 70 940 kv.m

Landşaft — yaşıllaşdırılmış küçələr və piyada keçidləri.

Üstünlüklər

Əlverişli yerləşmə rayona Bulvar prospektinə yaxınlığının verdiyi üstünlüklərdən istifadə etmək, qərbdə canlanmalı Fəvvarələr Meydanına, cənubda isə böyük bir parka söykənmək imkanı verir.

Görməli yerlər

Müasir üslublu Yaşayış binası.

Mərkəzi Biznes RayonuMərkəzi Biznes rayonu(CBD)

. Təfsilatlı Baş Plan — ATKİNS

Bakı Ağ Şəhər-in yüksəklik  hissəsində yerləşən və cənubda ən iri ticarət prospekti ilə əhatələnən bu rayon, özlüyündə bütün Bakı buxtasına panoram görünüşü olan, müxtəlif hündürlüklü on bir göydələn qrupunu təmsil edir. Fəvvarələr Meydanı  dənizə tərəf enərək, və, diqqət cəlb edən piyada körpüsünə keçərək, öz başlanğıcını buradan alacaqdır.

Proqram

Ərazi — 9,2 hektar, 390 000 кv.m.-lik ümumi tikinti sahəsi və 6 000 dayanacaq yeri ilə.

Yaşayış sahəsi — 237 900 kv.m

Ofis sahəsi — 85 800 kv.m

Ticarət sahəsi — 66 300 kv.m

Landşaft — hündür binaların arasındakı piyada keçidlərində və Tağın qarşısındakı meydanda yaşıllıqlar.

Üstünlüklər

Bütovlüklə  Bakı Ağ Şəhər üçün cəlbedıcı olan bu biznes məkan bütün rayonlardan eyni məsafədə yerləşmişdir. Elə buradaca yeni metro stansiyasına çıxış yerləşir.

Görməli yerlər

İşgüzar rayonun Mərkəzi Tağı, bütün şəhərə təsirli görkəmi olan yüksək binalar.

Fəvvarələr  Meydani

Təfsilatlı Baş Plan — F+A Architects

Rayonun  planlaşdırılması zamanı, artıq mövcud olan Bakı Fəvvarələr Meydanına oxşarlıq ideyası irəli sürülmüşdür. 2-mərtəbəli tikililəri olan ərazi, orta hissədə Open Mall prinsipi üzrə açıq səma altında canlanmış Ticarət sahəsi kimi  təşkil edilmişdir.Şimaldan geniş Bulvar prospekti ilə əhatə olunmuş Fəvvarələr  Meydanı rəvan şəkildə dənizə tərəf enir və yaraşıqlı piyada keçidi vasitəsilə Bulvardakı ticarət mərkəzi ilə birləşir.

Proqram

Ərazi — 16,4 hektar, 421 220 кv.m.-lik ümumi tikinti sahəsi və 3 000 dayanacaq yeri ilə

Yaşayış sahəsi — 307 280 kv.m

Ofis sahəsi — 11 510 kv.m

Ticarət sahəsi — 102 430 kv.m

Landşaft — rayonun bütün orta hissəsi şəhər parkı kimi planlaşdrılmışdır

Üstünlüklər

Məkan tematik fasadları və kiçik həyətləri olan, orta hündürlüyə malik   binaların arasında, fontanları olan piyada zonası kimi təklif olunur.

Görməli yerlər

Yeni Fəvvarələr Meydanı Bakı şəhərinin parlaq görməli yerinə və yeni mərkəzinə çevrilməyi vəd edir.

  Sahilyani Rayon

Təfsilatlı Baş Plan — F+A Architects

Rayonun  planlaşdırılması zamanı, artıq mövcud olan Bakı Fəvvarələr Meydanına oxşarlıq ideyası irəli sürülmüşdür. 2-mərtəbəli tikililəri olan ərazi, orta hissədə Open Mall prinsipi üzrə açıq səma altında canlanmış Ticarət sahəsi kimi  təşkil edilmişdir.Şimaldan geniş Bulvar prospekti ilə əhatə olunmuş Fəvvarələr  Meydanı rəvan şəkildə dənizə tərəf enir və yaraşıqlı piyada keçidi vasitəsilə Bulvardakı ticarət mərkəzi ilə birləşir.

Proqram

Ərazi — 16,4 hektar, 421 220 кv.m.-lik ümumi tikinti sahəsi və 3 000 dayanacaq yeri ilə

Yaşayış sahəsi — 307 280 kv.m

Ofis sahəsi — 11 510 kv.m

Ticarət sahəsi — 102 430 kv.m

Landşaft — rayonun bütün orta hissəsi şəhər parkı kimi planlaşdrılmışdır

Üstünlüklər

Məkan tematik fasadları və kiçik həyətləri olan, orta hündürlüyə malik   binaların arasında, fontanları olan piyada zonası kimi təklif olunur.

Görməli yerlər

Yeni Fəvvarələr Meydanı Bakı şəhərinin parlaq görməli yerinə və yeni mərkəzinə çevrilməyi vəd edir.