Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Metropolitenin tarixi
Suveren Azərbaycanın paytaxtı müasir Bakı yaxın Şərqin ən böyük şəhərlərindən biridir. Təbii amfiteatrın ərazisində yerləşən şəhər 150 km2 ərazini tutur və dəniz buxtası boyunca təxminən 20 kmuzanıb gedir.
Bakı və neft bir-birindən ayrılmayan anlayışlardır. Neft yataqlarının mövcudiyyəti Abşerona fəhlə axınına səbəb olmuşdur. Burada neftçıxarma və neft emalı, energetika, maşınqayırma, kimya, metaltökmə kimi sənaye sahələri inkişaf etmişdir. Xəzərin böyük limanlardan biri olan şəhərdə gəmiqayırma sahəsi də əmələ gəlmişdir. Sənaye obyektlərinin ətrafında fəhlə qəsəbələri yaranmışdır. 30-cu illərin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRI-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantların da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün- metropolitenin tikintisi qərara alındı.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu…
Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası -Bakı Soveti, 26 Bakı Komissarı,28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən «Xətai» stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri «8-ci kilometr» yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
28 May stansiyasına keçid kimi tikilmiş «Cəfər Cabbarlı» stansiyası 1993-cü ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən H.Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.
2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir.
2008ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.
2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.
28 May stansiyasına keçid kimi tikilmiş «Cəfər Cabbarlı» stansiyası 1993-cü ildə istismara verilmişdir.
Xəttlər və stansiyalar
Içərişəhər — H.Aslanov
Içərişəhər- N.Nərimanov
N.Nərimanov- Neftçilər
Neftçilər- Əhmədli
Əhmədli — H.Aslanov
Dərnəgül — Xətai
28 May — Nizami
Memar Əcəmi -Nəsimi
Nəsimi- Azadlıq prospekti
2002-ci ildə istismara verilən H.Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.
2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır.2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir.
2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.
2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.
Gələcək planlar
Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır.
Ümumiyyətlə 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Artıq Cavadxan, Avtovağzal stansiyalarının və Dərnəgül Elektrik Deposu-nun tikintisinə başlanılmışdır. Bakı metropolitenin 20 illik inkişaf proqramı çərçivəsində daha 40 yeni stansiyanın inşası planlaşdırılır
Metro stansiyalarının gələcək inkişaf planı
2013-cü ilin sonunda Bakı Metropoliteninin stansiyaları iki xəttə ayrılacaq. Metronun iki müstəqil xətti olacaq — «H. Aslanov»-«Içərişəhər» və «Dərnəgül»-«Xətai». 1-ci xətt «28 May» stansiyasından, 2-ci isə «Cəfər Cabbarlı»dan keçməklə işləyəcək».
2-ci xəttin tam sərbəst işləməsi üçün elektrik deposu tikiləcək və həmin müddətdə də xətlər tam ayrılacaq. Bu işlər 2013-cü ilin sonunadək başa çatacaq. 2030-cu ilədək Bakı metrosunda 5 müstəqil xətt olacaq. Həmin vaxt Bakı Metropoliteni stansiyalarının sayının 76-ya, yolların uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulub. Bu işlər çərçivəsində qarşıdakı 20 ildə metronun inkişafı strategiyasına əsasən 53 yeni stansiya tikilməli, 83,4 km yeni metro xətti çəkilməlidir.
Hazırda «Avtovağzal» xəttinin çəkilməsi üçün «Avtovağzal»dan «Memar Əcəmi «yədək iki paralel tunelin qazılmasına başlanıb. Metronun «Avtovağzal» stansiyasının 2014-cü ilin sonuna hazır olması gözlənilir. Eyni zamanda Həzi Aslanov, Təzə Günəşli və Köhnə Günəşli sahələrində də işlər aparılır.
Bakı metrosu «Ginnesin Rekordlar Kitabı»nda
ilk dəfə 1967-ci ildə»Ginnesin Rekordlar Kitabı»na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü. Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir «uğura» imza atıb və təqribən 15 ilə yaxın müddətdə «keçici bayrağı» heç kimə verməyib.